Çatdırılma Şərtləri

Çatdırılma şərtləri

1. Şəhər daxilində çatdırılma

Standart çatdırılma.

       

  • Saat 09:00 – 14:00 arasında verilən sifarişlər, eyni gün saat 18:00-a qədər çatdırılır.
  • Saat 14:00 – 18:00 arasında verilən sifarişlər, eyni gün saat 22:00-a qədər çatdırılır.
  • Saat 18:00 – 09:00 arasında verilən sifarişlər, növbəti gün saat 14:00-a qədər çatdırılır.

       Xidmət 5 AZN təşkil edir.

Təcili çatdırılma

  • Bakı şəhəri daxilində təcili çatdırılma xidmətinin qiyməti 10 AZN təşkil edir.
  • Bu xidmət yalnız sifarişin təxirəsalınmaz şəkildə icrası tələb olunduqda tətbiq olunur.
  • Təcili çatdırılma kuryer mövcudluğundan asılı olaraq yerinə yetirilir.

*Qeyd: Şəhər ətrafı ünvanlara çatdırılma qiyməti məsafədən asılı olaraq dəyişir.


 

2. Rayonlara çatdırılma

  • Azərbaycan daxilində bütün bölgələrə poçt vasitəsilə çatdırılma mümkündür.
  • Çatdırılma haqqı rayon və bölgələrə görə dəyişir.
  • Çatdırılma müddəti və qiyməti məhsuldan asılı olaraq dəyişə bilər.

3. Müştəri qeydiyyat və sifariş sistemi

Qeydiyyatlı sifariş

Sifariş vermək üçün aşağıdakı məlumatların daxil edilməsi tələb olunur:

  • Ad, soyad
  • Doğum tarixi
  • E-mail
  • Aktiv mobil nömrə (4 rəqəmli təsdiq kodu göndərilir)

Qeydiyyatsız sifariş

  • Yalnız ad və aktiv mobil nömrə tələb olunur.
  • Təsdiq kodu SMS vasitəsilə göndərilir.

4. Ödəmə üsulları

  • Bütün ödənişlər Azərbaycan manatı ilə həyata keçirilir.
  • Ödənişlər nağd və ya onlayn (nağdsız) qaydada mümkündür.
  • Onlayn ödənişlər Payriff ödəniş sistemi vasitəsilə aparılır.

5. Əlaqə və əlavə məlumat

Saytda tapa bilmədiyiniz məhsullar və ya reseptlə bağlı suallar üçün bizimlə əlaqə saxlaya bilərsiniz:

  • Saytın çat bölməsi
  • Telefon nömrəsi
  • WhatsApp dəstək xətti
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce